Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Astroloji proqnoz - 14 iyul

Tarix: 14-07-2017 07:53     Baxış: 4455 A- / A+
Astroloji proqnoz


Qoç - verilmiş vədlərə əməl olunmayan gündür. Söhbətlərdə və danışıqlarda diqqətli olun. Xoşagəlməz təmaslar, rəğbət bəsləmədiyiniz insanlarla görüşlərdən yayına bilməyəcəksiniz. Əhvalınızı pozmayın. Problemlər müvəqqətidir.
Maliyyə məsələlərində çətinliklər yaranacaq. Xərcləri azaldın. Alış-verişdə bədxərclik etməyin.
Buğa - uğurlu gündür. İşgüzar maraqlarla şəxsi münasibətləri qarışdırmayın. Peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətlə irəliləyin.
Aktiv olun, enerjili çalışın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Özünüzü qoruyun, həddan artıq ağır işdən imtina edin. İstənilən formada yeni işə və ya layihəyə başlayarkən diqqətli olun.
Səhhətinizə fikir verin.
Əkizlər - uğurlu, düşərli gündür. Hadisələr sizin üçün əlverişli məcrada inkişaf edir. Gərəkli olan addımlar atın, yanlış qərarlar verməyin. Naqolay duruma düşməməyə çalışın. Ən kiçik ləngimə və təxirəsalmalar problemlər yarada bilər.
Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Qüvvə və enerjiniz yetərincədir. Bütün yeni işlərə, hətta ən ağır problemlərin həllinə başlamaq olar. Alış-verişdə parfümeriya, saat, geyim almaq olar. Yeni layihəyə sərmayə yatırmaq üçün əlverişli zamandır.
Xərçəng - hər şey uğurludur. Güman etdiyinizdən də əlverişli zamandır. Hadisələrə təsir imkanlarına malik insanlar sizin tərəfinizdədir. Sizə yardım edən nüfuzlu insanlardan biri az sonra dostunuza çevrilə bilər.
Yüksək vəzifəyə malik insanla yeni münasibətlər formalaşacaq.
Günün ikinci yarısı daha uğurludur. Nəzərdə tutduğunuz planların hamısı reallaşmasa da, əksəriyyətini həyata keçirə biləcəksiniz. Romantik təmaslar uğurlu olacaq. Sevdiyiniz insanı hədiyyə ilə sevindirə bilərsiniz.
Şir - günün ilk yarısı qarışıq, laübəlidir. İşdəki çətinliklər və ailədəki problemlər başağrısı yaradaraq əhvalınızı korlaya bilər. Çətin situasiyadan çıxış yolu arayarkən yanlışlıqları sıralamayın.
Səbrli, təmkinli olun. Günün ikinci yarısında vəziyyət düzələcək. Yeni imkanlar yaranır. Karyeranızda irəliləyiş imkanları var. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər şansları çoxdur.
Qız - yaşanan olaylara rəğmən nigaran qalmayın. Çaş-baş davranaraq vurnuxma yaratmayın. Stəkanda fırtına sizi qorxutmasın. Sizdən narazı olduğunu gizlətməyən insan əslində fəaliyyətinizə ciddi problemlər yarada bilməyəcək. Üstəlik, az sonra bu insanlar daha yaxşı düşünülmüş plan üzrə hərəkət etdiyinizi etiraf etməli olacaqlar.
Günün ikinci yarısında əvvəllər əldə etdiyiniz təcrübədən, biliklərdən yararlana bilərsiniz. Ötənlərdə kəsilmiş və ya soyumuş münasibətləri bərpa etmək olar.
Tərəzi - günün ilk yarısında problemlərin öhdəsindən gəlmək asan deyil. Səbrli olun. Yaşananlar sınaqdır. Bu dövrdə ciddi səhvlərə yol verməsəniz, sonra hər şey yaxşı olacaq.
Günün ikinci yarısı daha uğurludur. Yaxşı tanımadığınız insanların məsləhətlərinə və xüsusilə də vədlərinə inanmayın. Müstəqil davranın. Yalnız qərarlarınız irəliləyişə təkan verə bilər.
Alış-verişdə bədxərclik etməyin.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla dil tapmağı bacarın. Məhz bunun sayəsində problemlərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Şəxsi münasibətlərdə ciddi çətinliklər yaranmayacaq.
İşlərdə eksperimentlər aparmaq olar. Uğura nail olmaq üçün yeni yollar arayın.
Bilikləri, təcrübəni, peşəkar bacarıqları artırmaq üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Yeni tanışlıqlar və romantik təmaslar üçün münasib zamandır.
Oxatan - yaşamınızda hər şey istədiyiniz kimi deyil. Taleyinizdən şikayətlənməyin. İşlərin öhdəsindən gələcəksiniz. Hətta ən ağır problemlərin çözülməsi sizi usandırmayacaq, yormayacaq.
Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları var.
Yaxın ətrafınızdakı insanlar düşünürlər ki, heç bir tərəddüd olmadan qərarlar qəbul edirsiniz. Onların bəziləri sizə paxıllıq edirlər. Əslində isə şübhələrinizi kimsə ilə bölüşməyin. Tərəddüdləriniz barədə danışmayın.
Oğlaq - yaranan imkanlardan və əlverişli situsiyadan maksimal dərəcədə məhsuldar istifadə etməyə çalışın. Dəmiri isti-isti döyün. Uğur əldə etmək istəyirsinizsə, adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Başqalarının məsləhətlərinə aludə olmayın. Yalnız intuisiyanızın səsini dinləyin.
Əks cins mənsubları ilə təmaslar uğurlu deyil. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Emosiyaların təsirinə düşərək səhvlərə yol verməyin. Sonradan sizi təəssüfləndirəcək sözlər deməyin.
Dolça - mənfi təmayüllərin təsiri güclü olacaq. Amma narahat olmayın, kənar təsirlərə müqavimət göstərin, geri çəkilməyin. Kimsə və ya nə isə sizi yoldan sapdırmamalıdır. Problemlərin həllinə həddən ziyadə səy göstərərək yorğun düşməyin. Maliyyə itkiləri riski var. Planlaşdırılmamış alış-veriş etməyin.
Yaşlı qohumlarla təmaslarda diqqətli olun. Səbrli, qayğıkeş, təmkinli olun və münaqişələrin yaranmasına imkan verməyin. Kiçik səyahətlər uğurlu alınacaq. Şəraitdə dəyişikliklər edə bilərsiniz. İnteryerdə yeniliklər və dəyişikliklər üçün əlverişli zamandır.
Balıqlar - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar olacaq. Düşünülmüş qərarlar və təmkinli davranış gəlirlərə səbəb ola bilər. Nüfuzunuzu artırın. İşdə rəhbərliklə mübahisədə mövqeyinizi müdafiə edin, geri çəkilməyin.
Şəxsi münasibətlərdə adi günlərlə müqayisədə sərinləmə müşahidə olunur. Yaxınlarınızın yalnız öz işlərini düşünərək sizə əsla fikir vermədiyini zənn etməyin. Durum birmənalı olmadığı üçün onlar çətinliklərini həll etməyə çalışırlar.
Narahatlıq üçün ciddi səbəblər yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar