Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mülki şəxslər hərbi qırıcı təyyarələrə sahib ola və uça bilərmi?

Tarix: 15-10-2025 10:51     Baxış: 323 A- / A+
Mülki şəxslər hərbi qırıcı təyyarələrə sahib ola və uça bilərmi?
Hərbi bir qırıcı təyyarəyə sahib olmaq bir çox aviasiya həvəskarı üçün xəyaldır. Lakin reallıq odur ki, belə təyyarələrə sahiblik hüququ ciddi şəkildə tənzimlənir.
Manevr.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında vətəndaşların aktiv xidmətdə olan hərbi qırıcılara sahib olması qadağandır. Döyüş təyyarələrinin şəxslərə satışı ABŞ hökuməti tərəfindən qadağan edilib, bu da qabaqcıl hərbi texnologiyaların rəsmi nəzarətini təmin edir.
Ancaq hərbi bir qırıcıya sahib olmaq xəyalı yenə də elə də həyata keçirilməz deyil. ABŞ-da vətəndaşlar xidmətdən çıxarılmış hərbi təyyarələri qanuni olaraq ala bilərlər.
"Bu təyyarələr təsilatsızlaşdırılmalıdır, yəni bütün silah sistemləri və həssas avadanlıqlar çıxarılmalıdır. Bundan əlavə, təyyarələr Federal Mülki  Aviasiya İdarəsində qeydiyyatdan keçməli və mülüi aviasiya standartlarına cavab verməlidir", deyə materialda qeyd olunur.
Lakin xidmətdən çıxarılmış bir qırıcıya mülkiyyət hüququnu rəsmiləşdirmək də olduqca çətindir. Pilot sahib olmaq istədiyi hər bir təyyarə üçün xüsusi ixtisas əldə etməlidir. Üstəlik, təyyarələrin texniki qulluğu üçün yüksək xərcləri də nəzərə almaq lazımdır. Bu cür təyyarələrlə işləməyi bacaran ixtisaslı mütəxəssislər tapmaq da çətin ola bilər.
"Bundan əlavə, belə təyyarələrin istismarı hava məkanı qaydalarına və səs məhdudiyyətlərinə ciddi riayət etməyi tələb edir. Bəzi insanlar xidmətdən çıxarılmış qırıcılara sahib olmaq və onları idarə etməklə bağlı çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəliblər. Məsələn, keçmiş pilotlar və aviasiya sahibkarları Sovet istehsalı olan MiQ-21 və MiQ-29 təyyarələrini satın alıblar və tez-tez onları hərbi təlimlər zamanı rəqibə qarşı mübarizə təlimləri keçirmək üçün istifadə ediblər", deyə nəşr yazır.
Bir neçə təyyarəyə aktyor Tom Kruz da sahibdir, o, lisenziyalı pilotdur. Məsələn, onun "Top Qan: Maverik" filmində görünən, II Dünya müharibəsi dövrünün P-51 Mustang adlı qırıcı təyyarəsi var.
Beləliklə, mülki şəxslər üçün döyüş təyyarələrinə sahib olmaq mümkün olsa da, adətən bu, əhəmiyyətli maliyyə imkanları və aviasiya təcrübəsi olanlar üçün mümkündür.(qaynarinfo)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar