Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

İlkin Süleymanovun son məhkəməsi təxirə salındı

Tarix: 14-10-2025 12:16     Baxış: 464 A- / A+

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun bu günə təyin edilmiş son məhkəməsi keçirilməyəcək.
Manevr.az qafqazinfo-ya istinadla xəbər verir ki, hakimlərin beynəlxalq konfransı ilə bağlı çoxsaylı tədbirlər təşkil edildiyindən bu proses təxirə salınıb.
İclasın noyabrda baş tutacağı gözlənilir.
Vəkillər Ali Məhkəməyə verdikləri kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin İ.Süleymanovun 18 il həbsə məhkum edilməsi hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər.
Qeyd edək ki, İlkinin əsas vəkillərindən biri - Zabil Qəhrəmanovun da vəkillik fəaliyyəti 6 aylıq dayandırıldığından məhkəmədə iştirak edə bilməyəcəkdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar