Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

1 200 manatdan başlayan qiymətlə 24 nəqliyyat vasitəsi satışa çıxarılır - SİYAHI

Tarix: 14-10-2025 12:04     Baxış: 425 A- / A+
1 200 manatdan başlayan qiymətlə 24 nəqliyyat vasitəsi satışa çıxarılır (SİYAHI)
25 noyabr tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti nəqliyyat vasitələrinin hərracı keçiriləcək.


Manevr.az
 xəbər verir ki, hərraca ümumilikdə 24 nəqliyyat vasitəsi çıxarılacaq. 

Satışa çıxarılan nəqliyyat vasitələri arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinə məxsus 2006-cı il buraxılışlı "QAZ 322131-95” mikroavtobusu 4 125 manat, həmçinin 2012-ci il istehsalı olan iki ədəd "İSUZU EcoBus” avtobusu isə 16 500 manatdan təklif olunur.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba” İqamətgahına məxsus 1991-ci il buraxılışlı "ZİL-MMZ-4502” yük avtomobilinin ilkin satış qiyməti 3 450 manat müəyyən edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına aid nəqliyyat vasitələri arasında 2005-ci il istehsalı "Mitsubishi Pajero” minik avtomobili 8 850 manata, 2011-ci il buraxılışlı "Mercedes-Benz S350” isə 12 400 manata hərraca çıxarılacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan 1984-cü il buraxılışlı təkərli traktor "MTZ-80” üçün start qiyməti 1 550 manatdır.

Prezidentin İşlər İdarəsinin digər nəqliyyat vasitəsi olan 2006-cı il buraxılışlı "BMW 740Li” minik avtomobili 8 500 manatdan satışa çıxarılır. Milli Məclisin İşlər İdarəsinə məxsus 2006-cı il istehsalı "Toyota Avalon” minik avtomobilinin qiyməti isə 5 500 manat təşkil edir.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin istifadəsində olan müxtəlif təlim avtomobilləri - "VAZ”, "FIAT Albea Sole” və "TOFAŞ Şahin” modelləri ümumilikdə 23 350 manat ilkin qiymətlə təklif olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna məxsus 2012-ci il buraxılışlı "Audi A4” minik avtomobilləri 9 450-10 350 manat arası, 2011-ci il istehsalı "Volkswagen Passat” modelləri isə 6 750-7 650 manat arası qiymətlə satışa çıxarılacaq.

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 2008-ci il istehsalı "Volvo S80” avtomobili 9 450 manata təklif olunur.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olan nəqliyyat vasitələri arasında 2003-2005-ci illərdə istehsal edilmiş bir neçə "QAZ-3308” yük avtomobili 46 800–52 650 manat arası qiymətlə hərraca çıxarılıb. Nazirliyin digər avtomobilləri - 1984-cü il buraxılışlı "ZİL-131” 8 000 manata, 2004-cü il buraxılışlı "QAZ-31105” 1 200 manata və "UAZ-31512” isə 1 500 manata satışa təqdim edilib.valyuta.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar