Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ərazilərə qar yağdı

Tarix: 14-10-2025 10:40     Baxış: 389 A- / A+
Bu ərazilərə qar yağdıOktyabrın 14-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib.
Manevr.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə (Kişçay) 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 millimetrədək qeydə alınıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 metrədək güclənib.
Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar