Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Mənim oğlum deyil, ona halallıq vermirəm"

Tarix: 13-10-2025 18:55     Baxış: 429 A- / A+



"Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ideal ata olmuşam. Kimsə bunu dana bilməz. İş də düzəltmişəm. Gecə toylarından açarlarını vermişəm ki, gedin evinizə. Heç bilməyiblər evləri var. Əslində bir ata övladına bu qədər doğru addım atırsa, maddi imkanlarını səfərbər edirsə, zərərli tərəfləri çoxdur. Oğul övladı özü ayaq üstə olmalıdır".
Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib. Müğənni oğulları ilə münasibətindən danışıb:
"Bu, onları çox zəiflətdi. Onlar ayağa qalxa bilməzlər. Onlara Ağadadaş lazımdır. Bir gənc 35 yaşına qədər həyat bazasını yarada bilmirsə, sürünənlərdəndir. Amma 35 yaşına qədər ayağını bərk yerə basırsa, yaxşıdır. Bizimkilər o yaşı keçiblər. Onlar möhkəm yıxılsa, ayağa qalxa bilməyəcək. Bircə, qız nəvəm var, kişi kimidir. Bircə, onda güc görürəm".
A.Ağayev qızı Leyladan bəhs edib: 
"Hamı Leylaya (sənətçi açıqlamasında qızının fiziki qüsurlu olduğunu deyib - red.) qarşı yaxşıdır. Bunun arxasında əməl yoxdursa, necə yaxşı olsun? Bunların əməlində boşluq var. Deyirəm, niyə Leylanın yanına getmirsən, nə edirsən? Əgər gecə övladım telefonu söndürüb yatırsa, mənim oğlum deyil. Ona hallalıq da vermirəm. Atan yaşlı adamdır, bəlkə ölüb? Sən oldun kim? Torpağın altında yatan qurd. Niyə telefonu gecə açıq saxlamırsan? Sənin xəstə anan, atan, bacın var". (Axşam.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar