Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kosmik hava proqnozu açıqlandı

Tarix: 13-10-2025 16:38     Baxış: 323 A- / A+
Kosmik hava proqnozu açıqlandı
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, oktyabrın 13-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac dəliyi axınlarının təsiri ilə yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin mənfi qütblü tac dəliyi axınlarının və oktyabrın 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə normadan yüksək qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60 faiz, orta qütb dairələrində isə 45-50 faizdir.
Mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə oktyabrın 14-dək G1 səviyyəli zəif geomaqnit qasırğasının davam edəcəyi gözlənilir. Sonra isə oktyabrın 15-də TKA-nın Yerə çatması ilə geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı var. Həmçinin uzunmüddətli proqnozda 20 oktyabr üçün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar