İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/məsləhətçisi/aparıcı məsləhətçi.
 Xəbər lenti 
					
 
		İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır

Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
- Təhsil: Ali təhsil;
- Təcrübə: Proqramlaşdırma sahəsində ən azı 1-5 il iş təcrübəsi (vəzifədən asılı olaraq);
- Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər;
- C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə;
- Sinxron və asinxron mesajlaşma texnologiyaları üzrə biliklər;
- TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə;
- Html5, Css3, jаvascript, Ajax, Angular istifadəsi və biliyi;
- REST və SOAP servislər üzrə biliklər;
- Microservis arxitekturası üzrə biliklər;
- GİT-lə işləmə təcrübəsi;
- Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
- Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
- Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi; Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
- Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatının mənimsənilməsində birbaşa iştirak;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
- CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















