Xəbər lenti 
					
 
		Azərbaycanda dövlət su kadastrı və elektron su xəritəsi təqdim edildi

Azərbaycanda dövlət su kadastrı və elektron su xəritəsinin təqdimatı keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən (SİMDNX) məlumat verilib.Bildirilib ki, təqdimat bu gün Dövlət Xidmətində bu ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş keçirilən iclasda baş tutub.
İclasda ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin və Xidmətin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Z. Mikayılov ölkə rəhbərliyinin su ehtiyatlarının idarə olunması, suların səmərəli istifadəsi və mühafizəsi sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub.
Daha sonra SİMDNX-nın rəisi Rafiq Aslanov qeyd edib ki, qısa müddət ərzində xidmət tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər üzrə mühüm nəticələr əldə olunub, ölkə ərazisində su ehtiyatlarının qanunsuz istifadəsinin qarşısının alınması, su obyektlərinin mühafizəsi və monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Xidmət rəisi əlavə edib ki, yeraltı və yerüstü su kadastrının formalaşdırılması üzrə işlər intensiv şəkildə davam etdirilir və xidmətin maddi-texniki bazasının gücləndirilməsi bu tədbirlərin effektivliyini daha da artırır.
Tədbir çərçivəsində xidmətin şöbə müdirləri tərəfindən təqdimatlar nümayiş olunub, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.
İclasın sonunda iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb, növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















