Xəbər lenti 
					
 
		Maşın üçün etibarnamə sistemi ləğv edilir?
 Azərbaycanda avtomobilə etibarnamə sisteminə ehtiyac məsələsinə yenidən baxılmalıdır. Çünki bu gün ölkədə “car-sharing” (avtomobilin birgə istifadəsi) sistemi uğurla fəaliyyət göstərir və vətəndaşlar heç bir notarial etibarnaməyə ehtiyac qalmadan avtomobili icarəyə götürüb idarə edə bilirlər.
Azərbaycanda avtomobilə etibarnamə sisteminə ehtiyac məsələsinə yenidən baxılmalıdır. Çünki bu gün ölkədə “car-sharing” (avtomobilin birgə istifadəsi) sistemi uğurla fəaliyyət göstərir və vətəndaşlar heç bir notarial etibarnaməyə ehtiyac qalmadan avtomobili icarəyə götürüb idarə edə bilirlər.Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobilə etibarnamə sisteminin ləğvi məsələsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar mobil tətbiq vasitəsilə, onlayn qaydada avtomobili istər bir saatlıq, istərsə də bir günlük icarəyə götürə bilir və bu zaman heç bir notarial təsdiqə ehtiyac yaranmır:
“Avtomobil icarəyə götürüldükdən sonra onu rahatlıqla idarə etmək, sonda isə istənilən yerdə saxlayıb şirkətə təhvil vermək mümkündür. Əgər bu sistem ölkədə, xüsusilə paytaxtda uğurla işləyirsə, deməli, etibarnamə mexanizminin saxlanılmasına da ehtiyac qalmayıb”.
Eldəniz Cəfərov əlavə edib ki, mövcud qaydaların əksəriyyəti hələ də keçmiş sovet hüquq sisteminə əsaslanır və bu, artıq müasir şəraitə uyğun deyil:
“Əslində, bizim “Yol hərəkəti haqqında” Qanunumuz və İnzibati Xətalar Məcəlləmiz əsasən Rusiya qanunvericiliyindən götürülmüş müddəalardan ibarətdir. Rusiyanın qanunvericiliyi isə Sovet İttifaqı hüquq sisteminin davamıdır. Bu qaydalar köhnəlib və müasir şəraitə uyğun yenilənməlidir”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















