Bakıda fəaliyyət göstərən bir neçə notariusun fəaliyyəti hazırda dayandırılıb. Fəaliyyətin dayandırılmasına səbəb həmin notariusların şəhadətnamə müddətinin başa çatmasıdır.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir.
Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.
Hazırda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən müsabiqə elan edilib. Müsabiqənin sənəd qəbulu mərhələsi yekunlaşıb. Müsabiqənin növbəti mərhələləri - test imtahanı, müsahibə və icbari təlimdən ibarətdir.
Müsabiqə yekunlaşdıqdan sonra hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi və notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaqdır.iqtisadiyyat.az
 Xəbər lenti 
					
 
		Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı - SƏBƏB

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















