Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

60 min dollara boyu uzatmaq olar

Tarix: 09-10-2025 12:33     Baxış: 434 A- / A+



Boy uzatma əməliyyatı xaricdə geniş yayılsa da bizim ölkədə də artıq maraq var. 

Manevr.az xəbər verir ki, bu əməliyyat daha çox xarici görünüşə önəm verən gənclər arasında yayılıb.

Yetkin yaşda boy artımı təbii yollarla məhdud olsa da, müəyyən hallarda minimal dəyişikliklər mümkündür. Boy uzanması əsasən sümük böyümə lövhələri bağlanmadan əvvəl baş verdiyi üçün, 18-25 yaşdan sonra təbii uzanma çətinləşir. Lakin boy uzatma yolları kimi düzgün duruş məşqləri, onurğa dartıcı hərəkətlər və sağlam həyat tərzi sayəsində bədənin vizual boy uzunluğunu artırmaq mümkündür. Cərrahi üsullar və xüsusi tibbi müdaxilələrlə isə daha ciddi nəticələr əldə oluna bilər.

Ev şəraitində tətbiq olunan üsullar boy artımı üçün sadə, əlçatan və təsirli alternativlər təqdim edir. Boy uzatma yolları arasında düzgün idman proqramı, qidalanma və həyat tərzi dəyişiklikləri ilə təbii inkişafı dəstəkləmək mümkündür. Ən önəmlisi isə budur ki, bu metodlar həm bədən sağlamlığını qoruyur, həm də özünüzə olan inamı artırır. Davamlılıq, düzgün texnika və səbr sayəsində evdə də boy inkişafı istiqamətində uğurlu nəticələr əldə etmək mümkündür.

Məsələ ilə bağlı mütəxəssilər qeyd edir ki, boyun uzanması genetik faktorlardan asılıdır. İnsanlarda müəyyən yaşdan sonra boyun uzanması dayandıqdan sonra estetik olaraq boy uzatmaq risklidir. Boy uzadılması cərrahi prosedurdur. Bu əməliyyatlar təxmini 50-60 min dollardır. Azərbaycanda da təxmini dünyadakı qiymətlərlə eynidir, Türkiyədə bir qədər bahadır. 

Əməliyyatların baha olması implantların yüksək qiymətə olması ilə əlaqələndirir. 

Sağ və sol tərəfi fərqli olan şəxsləri əməliyyat edərək eyniləşdirmək olar. Əməliyyatın risklərinə gəlincə isə nəticə birbaşa əməliyyatın keyfiyyətindən asılıdır. Əgər prosedur və sonrakı müalicə prosesi düzgün aparılmazsa, yerimə çətinliyi yarana bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar