Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Baki metrosundan maaşla bağlı iddialara cavab

Tarix: 09-10-2025 11:41     Baxış: 336 A- / A+
Baki metrosundan maaşla bağlı iddialara cavabBakı Metropoliteni QSC-də əmək haqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əmək haqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir.
Manevr.az xəbər verir ki, bu barədə APA-ya QSC-dən bildirilib.
Qeyd edilib ki, ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur:
“Prezidentin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Sözügedən Sərəncamın icrasından irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilib, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əmək haqqına tətbiq edilib. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur".
Bildirilib ki, əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər:
“Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir. Əmək haqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar