Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Metroda qatarların hərəkəti niyə ləngiyib? – Rəsmi

Tarix: 09-10-2025 09:53     Baxış: 69 A- / A+

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Manevr.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Bildirilib ki, metronun "Elmlər Akademiyası" stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olub. Buna görə də maşinist qatara baxış keçirib. Qapılarda heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib.
Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığından, o, "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır.
Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb.
Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır.
"Sərnişinlərdən bir daha xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsin", - məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar