Xəbər lenti 
					
 
		Qumar şəbəkələrinə qarşı əməliyyat: saxlanılanlar var - Video
 Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.
Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar.
Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan “7isles”, "fastloto.com" və “chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar.
Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə “Ambassasdor", “Kazino 555”, “VİP 888”, “Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb.
Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırırıq. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















