Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı erməni tətbiqlər - Siyahı

Tarix: 08-10-2025 13:41     Baxış: 3107 A- / A+
Azərbaycandakı erməni tətbiqlər - SiyahıAzərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. İstifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur. Proqramlar yaxşı imkanlar təqdim edə bilər. Amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır.
Manevr.az xəbər verir ki, bu sözləri texnobloger, İT mütəxəssisi Fərid Pərdəşünas qeyd edib.
“Məsələn, foto-redaktə tətbiqi olan “Piksart” cihazın qalereyasına və fayllarına giriş icazəsi verir. Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir.
Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:
“Piksart” - mənşə: Ermənistan. Alternativ – “Canva”, “Adobe Express”, “CapCut”;
“Renderforest” - mənşə: Ermənistan. Alternativ – “Envato Placeit” və “FlexClip”;
“SoloLearn” - mənşə: Ermənistan. Alternativ – “Codecademy” və “freeCodeCamp”.
“Krisp” - mənşə: Ermənistan. Alternativ – “NVIDIA Broadcast” və “Zoom/Google Meet” səs filtrasiyası;
“Zangi” messenceri – mənşə: Ermənistan. Alternativ – “Signal” və ya “Wire”.
Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər”, - deyə Pərdəşünas qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar