Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda "Ayfon 17″yə görə izdiham: yüzlərlə insan tələyə düşdü

Tarix: 07-10-2025 21:16     Baxış: 423 A- / A+
Bakıda "Ayfon 17″yə görə izdiham: yüzlərlə insan tələyə düşdü (FOTO)Sentyabrın 26-da Bakıda elektronika mağazalarından birində çəkilən görüntülər diqqət çəkib. Belə ki, kadrlarda ciddi izdiham yaşandığı, yüzlərlə şəxslərin "Ayfon 17" seriyası almaq üçün sıraya düzüldüyü görünüb. Sözügedən model təqdim edildikdən sonra bütün dünyada olduğu kimi Azərbaycanda da çox sayda insan telefonu əldə etmək üçün səfərbər olub, nəticədə yeni seriyanın satışı gün ərzində bitib. Ümumiyyətlə bu tendensiya son illərdə intensiv şəkildə müşahidə olunur. Qısa müddətdən bir telefonun yeni modelinin yayımlanmasına baxmayaraq, insanlar əvvəlkini az vaxtda istifadə etsələr belə, təzəsini almağa çalışırlar. Hətta birinin krediti bitmədən digərini arzulayanlar, buna görə əlavə xərcə girənlər kifayət qədərdir.

Bu axımın səbəbi nədir? Xüsusilə sosial təminatın zəif olmasından şikayətlənən insanların belə bu addımı atması nədən qaynaqlanır? Məsələ marketinq taktikasıdır, ya cəmiyyətdəki psixoloji boşluq?

Psixoloq Nərmin Ağayeva deyib ki, bu, marketinq oyunudur:
Bakıda "Ayfon 17″yə görə izdiham: yüzlərlə insan tələyə düşdü (FOTO)"Marketinq yalnız məhsulu tanıtmır, həm də "bunu almayan geridə qalır" mesajını ötürür. Malların məhdud sayda təqdim olunması isə itirmə qorxusu yaradır və kütləvi marağa səbəb olur. Digər tərəfdən, psixoloji amil də rol oynayır. Yəni insanlar çox vaxt özlərini dəyərli hiss etmək üçün bahalı əşyalar almağa çalışırlar".

Psixoloq bildirib ki, insan yeni telefon aldıqda müvəqqəti emosional rahatlıq tapır:

"Bu, psixoloji boşluqların kompensasiya mexanizmi kimi işləyir. Sosial təminat zəif olsa belə, bəziləri heç olmasa texnologiyadan geri qalmaq istəmir. Nəticədə həm marketinq strategiyaları, həm də psixoloji ehtiyaclar birləşərək kütləvi tendensiyalara səbəb olur. Çünki müasir cəmiyyətlərdə telefon, xüsusən də "Ayfon" sadəcə rabitə vasitəsi deyil, sosial status göstəricisidir. İnsanlar ən son modeli əldə etməklə, ictimai mühitdə öz mövqeyini nümayiş etdirmək istəyir. Psixoloji baxımdan bahalı və məşhur bir markaya sahib olmaq şəxsin özünəinamını artırır". globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar