Xəbər lenti
Eldar Əzizovun kadrının qurumu tikinti maqnatına 5,9 milyonluq tender verdi

İnşaat maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü-Tikinti-2" ASC daha bir tenderin qalibi seçilib.
Manevr.az xəbər verir ki, tenderi "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.
"Gəncə Körpü-Tikinti-2" ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb. Bundan əvvəl ASC Quba Rayon İcra Hakimiyyətinin, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 30 392 883,75 manat təşkil edir. Tenderlər yolların, mənzil fondunun təmiri və abadlıq işləri ilə bağlı keçirib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. İş adamının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da yaxınlığına dair iddialar var. Bu iddialara səbəb Niyazi Bayramov icra başçısı təyin ediləndən sonra "Gəncə Körpü-Tikinti-2" ASC vaxtaşırı Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilib.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən bu təsisatın rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxsdir. Eldar Əzizov hələ Gəncənin icra başçısı olanda Abit Əliyev onun kadrı kimi fəaliyyətdə idi./qaynarinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar