Xəbər lenti
“Faiz gəliri” adı ilə vəsait çıxılır – Banklar kələk gəlir?

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bəzi vətəndaşların bank çıxarışlarında “faiz gəliri” başlığı altında vəsait çıxılması ilə bağlı şikayətlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, bu hal bank sistemində texniki kodlaşdırma problemi və ya əməliyyatların yanlış təsnifləndirilməsi ilə bağlı ola bilər:
“Müştərinin çıxarışında ‘faiz gəliri’ başlığı altında vəsait çıxılıbsa, bu, ya sistemdə texniki kodlaşdırma problemi, ya da əməliyyatların yanlış təsnifləndirilməsi ilə əlaqədardır. Bəzi hallarda bank sistemlərində faiz gəliri ilə bağlı hesablaşmalar — xüsusən vergi və ya komissiya tutulması zamanı — texniki olaraq bu cür qeyd edilə bilər. Amma bu, düzgün təcrübə deyil və müştərinin çaşqınlığına səbəb olur.
Əgər çıxılan məbləğin qarşılığında vergi, xidmət haqqı və ya digər əməliyyatın izahı verilməyibsə, bu, sistem səhvi və ya şəffaflıq pozuntusu kimi qiymətləndirilməlidir və müştəri tərəfindən araşdırılmalıdır.
Bank sektorunda ən vacib amil etibardır. Müştəri hesabındakı hər əməliyyatı aydın şəkildə görə bilməlidir. Qeyri-şəffaf və anlaşılmaz başlıqlar — məsələn, ‘faiz gəliri’ kimi ifadələrlə vəsait çıxılması halları — bankın daxili nəzarət mexanizminə şübhə yaradır. Belə hallar artarsa, müştərilərin inamı azalır, insanlar vəsaitlərini bankda saxlamaqdan çəkinə bilərlər”.
İqtisadçı əlavə edib ki, belə hallarda vətəndaş ilk növbədə rəsmi qaydada banka yazılı müraciət etməlidir:
“Əgər müştəri çıxarışında məbləğin çıxıldığını görür, lakin səbəbini anlamırsa, bankdan yazılı izahat tələb etməlidir. Bank bu müraciətə 10 iş günü ərzində cavab verməyə borcludur. Əgər cavab qaneedici deyilsə, vətəndaş Mərkəzi Banka müraciət edə bilər. AMB bu cür hallarda nəzarət mexanizmini işə salmalıdır.
Əlavə olaraq qeyd edim ki, bu kimi hallar sistemli xarakter alarsa, bankların hesabatlılıq və şəffaflıq standartları üzrə yenilənmiş qaydalar tətbiq edilməlidir. Mərkəzi Bank həm bank sistemlərini, həm də müştəri məlumatlarının təqdimat formatını mütəmadi audit etməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar