Xəbər lenti 
					
 
		Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxundu
 Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı çıxışında Mehman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Müşavirədən sonra elan olunan hökmə əsasən, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Mehman Məmmədov İsveçrədə mühacirətdə yaşayan bloqerlər Manaf Cəlilzadə və Süleyman Süleymanlı ilə birlikdə qruplaşma yaradaraq, zorla hakimiyyəti ələ keçirməyə yönələn çağırışlar edib.
Qeyd edək ki, Mehman Məmmədov İsveçrə hökuməti tərəfindən ailəsi ilə birlikdə deportasiya olunaraq Azərbaycana ekstradisiya edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb. oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















