Xəbər lenti 
					
 
		Mayora hücum edən kikboksçular azadlığa buraxıldı - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı üç kikboksçunun məhkəməsi başa çatıb.
Manevr.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Qeyd edək ki, hadisə bu ilin yanvarında baş verib. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunub. Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi ayrılıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















