Azərbaycanda əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailəsinə yeni mənzillər veriləcək.
Manevr.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıqlara başlayıb.
Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq kateqoriyaya aid şəxslərə Tərtər rayonunda 4 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Salyan rayonunda isə 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı yeni mənzillər veriləcək.
Məlumata görə, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin satın alınmasına isə 4,4 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















