Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

İnsanda ən çox diqqət çəkən orqanlar bunlar imiş

Tarix: 04-10-2025 09:30     Baxış: 367 A- / A+

Xarici mənbələrdə dərc olunan psixoloji araşdırmalara görə, insan üzünə baxarkən ilk diqqəti ən çox gözlər cəlb edir. 
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, diqqət izləmə (eye-tracking) texnologiyası ilə aparılan tədqiqatlarda müəyyən edilib ki, gözlər insanın emosiyalarını, xarakterini və niyyətlərini anlamaqda əsas rol oynayır.

Kaliforniya Universitetinin alimlərinin araşdırması isə maraqlı bir nəticə ortaya qoyub. Belə ki, insanlar üzü tanımaq üçün ilk baxışlarını birbaşa gözlərə yox, gözlərin azca aşağısına-burun üstü və gözaltı bölgəsinə yönəldirlər. Bu nahiyə üzün bütöv strukturunu qiymətləndirmək üçün ən optimal nöqtə sayılır.
Mədəniyyət fərqləri də bu məsələdə rol oynayır. Qərb ölkələrində insanlar daha çox gözlərə və ağıza diqqət yetirirlərsə, Şərqdə üzün mərkəzi xüsusilə burun daha çox ön plana çıxır.
Mütəxəssislər qeyd edirlər ki, cazibə dəyərləndirilməsində də fərqlər müşahidə olunur. Kişilər qadın üzündə ağıza daha çox baxmağa meyllidirlər, qadınlar isə kişilərin gözlərinə və saç xəttinə diqqət yetirirlər.
Beləliklə, müxtəlif yanaşmalara baxmayaraq, alimlərin yekun qənaətinə görə, üzdə ən çox diqqət çəkən üzv gözlərdir.sfera.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar