Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Çay qaraciyər xərçəngi riskini azaldır - Alimlərdən ARAŞDIRMA

Tarix: 04-10-2025 08:48     Baxış: 478 A- / A+

Çin və ABŞ tədqiqatçılarından ibarət beynəlxalq qrup müntəzəm çay içilməsinin qaraciyər xərçəngi riskini azaltdığını müəyyən edib.


Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Bildirilir ki, tədqiqatda qaraciyər xərçəngi diaqnozu qoyulmuş 2 mindən çox pasiyent və tamamilə sağlam təqribən 8 min adam iştirak edib.

Alimlər iştirakçıların vərdişlərini, o cümlədən gündə nə qədər çay içdiklərini, onlarda hepatit B və C virusunun olub-olmadığını, spirtli içkilər içib-içmədiklərini, içdikləri suyun keyfiyyətini müqayisə ediblər. Məlum olub ki, tədqiqat dövründə müntəzəm olaraq çay içən insanlar qaraciyər xərçənginin inkişafı riskinə digərləri ilə müqayisədə 49 faiz az məruz qalıblar. Çay içməyənlərin xərçəngə tutulmaq riski isə əksinə, orta səviyyədən yüksək olub.

Çayın müsbət təsiri digər risk amillərindən asılı olmayaraq qeydə alınıb, xüsusilə də spirtli içki aludəçilərində nəzərə çarpıb. Müəlliflərin fikrincə, bu, çayın tərkibindəki antioksidantlar və polifenollar hesabına baş verir. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar