Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

İctimai nəqliyyatda vahid kartdan istifadə edə biləcəyik

Tarix: 03-10-2025 16:21     Baxış: 333 A- / A+

İctimai nəqliyyatda vahid kartdan istifadə edə biləcəyik

Bakıda ictimai nəqliyyatda “BakıKart”, Gəncədə isə “CityKart” sistemləri ilə ödəniş həyata keçirilir. Lakin ölkəmizdə nəqliyyat xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində vahid ödəniş kartı tətbiqinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Ehtimal olunur ki, sözügedən yenilik sayəsində, vətəndaşlar həm paytaxtda, həm də regionlarda ictimai nəqliyyatdan eyni kart vasitəsilə istifadə edə biləcəklər.
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, praktik olaraq bu, çətin məsələ deyil, sadəcə olaraq hazırda mövzu müzakirə mərhələsindədir.
“Düşünürəm ki, bu kart tətbiq olunarsa, həm avtobusda, həm metroda, həm də qatar sistemlərində istifadə etmək mümkün olacaq. Vahid bir kartla ictimai nəqliyyatın və ona bərabər tutulan nəqliyyat növlərinin rahat istifadəsi təmin ediləcək”.

Ekspert bildirib ki, belə olduqda adlarla bağlı müəyyən təkliflər meydana çıxır:

“Məsələn, “BakıKart”, “CityKart” və s. Zənnimcə, bunun fərqi yoxdur, əsas məqsəd odur ki, bu sistem bütün ölkə üzrə keçərli olsun. Yəni, kart Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə ictimai nəqliyyatın bütün növlərində istifadə edilə bilsin.

Sistem necə işləyəcək və adı nə olacaq, bunu zamanla görəcəyik. Sözügedən məsələ ilə bağlı isə AYNA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən işlər aparılır”, - deyə o əlavə edib.

O həmçinin vurğulayıb ki, sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar birdən çox kart daşımaq məcburiyyətində qalmayacaq, sadəcə bir kartla bütün nəqliyyat növlərindən rahat istifadə edə biləcəklər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə diqqətə çatdırıb ki, hazırda nəqliyyatda bank kartları ilə ödəniş imkanı üzərində işlər aparılır.
“Bu da o deməkdir ki, bank kartları vahid nəqliyyat kartı funksiyasını daşıya biləcək. Onsuz da bu gün demək olar ki, hər kəs bank kartlarından istifadə edir. Eyni zamanda, “Google Pay” və “Apple Pay” kimi tətbiqlər əksər smartfonlarda mövcuddur. Əgər bu sistemlər vasitəsilə ödəniş imkanı yaradılarsa, əlavə kartlara ehtiyac qalmadan birbaşa telefonla da ödəniş etmək mümkün olacaq”.

R.Ağamirzəyev onu da əlavə edib ki, hazırda ölkədə bank kartı ilə nəqliyyatda ödəniş yalnız Gəncə və Şamaxıda tətbiq olunub:

“Bakıda isə bu imkan hələlik yalnız dəmir yolu nəqliyyatında mövcuddur. Düşünürəm ki, bu sahədə daha intensiv işlər görülməlidir ki, insanların harada olmasından asılı olmayaraq, istənilən nəqliyyat növündə birbaşa bank kartı ilə ödəniş edə bilsinlər”.

Yekun olaraq nəqliyyat eksperti bildirib ki, sözügedən yanaşma həm də ayrı-ayrı şəhərlərdə fərqli kartlar gəzdirməyə olan ehtiyacı aradan qaldıra və vətəndaşların kart ilə bütün bu əməliyyatları rahatlıqla icra edə bilməsinə imkan yarada bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar