Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bayraqdar Teknoloji Azərbaycan" PUA istehsalına başladı

Tarix: 03-10-2025 14:30     Baxış: 326 A- / A+
"Bayraqdar Teknoloji Azərbaycan" PUA istehsalına başladıTürkiyənin "Baykar Makina" şirkətinin yerli törəməsi "Bayraqdar Teknoloji Azərbaycan" MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.
Manevr.az report-a istinadən xəbər verir ki, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.
Məhsullar hələ ki, daxili bazar üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Bayraqdar Teknoloji Azərbaycan"a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti " Bayraqdar Teknoloji Azərbaycan"ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin "Baykar Makina" şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.
"Baykar Makina" " Bayraqdar" PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də "Baykar Savunma" şirkətinin texniki direktorudur.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar