Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

“İçərişəhər”in İdarə Heyətinə yeni üzv təyin edildi

Tarix: 03-10-2025 10:40     Baxış: 3101 A- / A+

“İçərişəhər”in İdarə Heyətinə yeni üzv TƏYİN EDİLDİ

Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Manevr.az xəbər verir ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə bu vəzifəyə gətirilib.
Aytac Əlisultanlı Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq ixtisası üzrə, magistr təhsilini isə memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisaslaşması üzrə tamamlayıb.
A.Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, "Pasha Construction" şirkətində memar olaraq çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.
O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatı ilə təltif olunub.
2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar