Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya işləməyə gedən azərbaycanlıların DƏHŞƏTLİ SONU - 4 ÖLÜ - ADLAR

Tarix: 13-07-2017 13:08     Baxış: 3339 A- / A+
Rusiyaya işləməyə gedən azərbaycanlıların


Bu gecə Ələt-Astara magistralında baş vermiş dəhşətli qəzada ölən və yaralanan şəxslərin hamınını şəxsiyyəti müəyyənləşib. Manevr.az lent.az xəbər verir ki, Rusiyaya gedən "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı qoşqulu yük maşınına çırpılması nəticəsində ölən şəxslər bunlardır:

1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu
1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu
Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu
1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu.

Qəzada yaralanan şəxslər isə 1988-ci il təvəllüdlü Qəhrəmanova Aqilə Canhəsən qızı və 40-45 yaşlı Zaur adlı şəxsdir.



*****

9:01

Ələt-Astara magistralında "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində ölənlərin sayı 4-ə çatıb. Lent.az xəbər verir ki, gecə saatlarında baş vermiş dəhşətli qəzada ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib. Hadisə yerində isə 3 nəfər ölüb.

Bildirilir ki, qəzada ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Vəfat edənlərdən ikisinin şəxsiyyətini hələlik tam dəqiqləşdirmək mümkün olmayıb.


*****

7:35

Ələt-Astara magistralında dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ələt qəsəbəsi ilə Salyan rayonu arasındakı ərazidə baş verib.

Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. Zərbə o qədər güclü olub ki, qoşqu və mikroavtobus bir-birinə pərçimlənib.

Qəza nəticəsində mikroavtobusun sərnişinlərindən 3-ü ölüb, daha 3-ü isə xəsarət alıb. Mikroavtobus qoşquya pərçimləndiyindən yaralıları və meyitləri çıxarmaq mümkün olmayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Onlar yaralıları çıxararaq təcili tibbi yardım briqadalarına təhvil veriblər və xəsarət alanlar Bakıya xəstəxanaya aparılıb.

Meyitləri isə deformasiyaya uğramış mikroavtobusdan çıxarmaq asan olmayıb. Xilasedicilər qoşqunun dəmirləri bədənlərinin müxtəlif nahiyələrinə girən meyitləri çıxarmaq üçün 3 saata yaxın çalışıblar. Nəhayət, meyitlər çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Ölənlərdən hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, mikroavtobus Astara rayonundan yola düşüb və Dağıstanın Xasavyurt şəhərinə gedirmiş. Sərnişinlərin ümumi sayı 8 olub. Onlardan 5-i kişi, 2-si qadın, 1-i isə azyaşlıdır. Onların hamısı Astara rayonunun Səncərədi kəndindəndirlər və Dağıstana işləməyə gedirlərmiş. Mikroavtobusdakılardan 1 qadın və onun azyaşlı övladı, eləcə də, sürücü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarətsiz ötüşüb.

Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.


***

Salyanda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin kimliyi məlum olub

APA-nın məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

***

Salyan rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləri və qohumdurlar. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Qəzanın səbəbləri müəyyənləşdirilir.


***

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, avtomagistralda mikroavtobusla “KamAZ” toqquşub.

Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar