Xəbər lenti
Məşhur general təqaüdə göndərildi
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib.Manevr.az yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub.
Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu.
Prezident İlham Əliyevin 30 iyun 2006-cı il tarixli sərəncam ilə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib.
Dövlət başçısının 1 iyun 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
O, məşhur Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























