Sizin Reklam Burada
Xəbər lenti
01-10-2025
30-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Məlhəm” Hospitalda uşaq həkim səhlənkarlığından problemli doğulub? - İDDİA

Tarix: 01-10-2025 14:19     Baxış: 323 A- / A+

“Məlhəm” Hospitalda uşaq həkim səhlənkarlığından problemli doğulub? - İDDİA 

Gənc yazar, "kulis.az" saytının baş redaktoru Ulucay Akif “Məlhəm Beynəlxalq Hospital”ının göstərdiyi xidmətlərdən narazıdır.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, o, bacısı Gülənay Məmmədovanın hospitalda ilk övladının dünyaya gəldiyini, amma həkim səhlənkarlığından uşağın problemli doğulduğunu bildirib.
Körpənin beynində ciddi problemlərin və sinir zədələnməsinin olduğunu söyləyən U.Akif qeyd edib ki, kompüter tomoqrafiyasının nəticələrinə görə uşağın həyatda qalması qeyri-mümkündür. O, həm “Məlhəm Beynəlxalq Hospital”ın, həm də digər tibb müəssisələrinin həkimlərinin də bu qənaətdə olduğunu bildirib:
“Artıq uşağın həyatda qalmayacağı həqiqətini qəbullanmışıq, çünki müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. “Məlhəm Beynəlxalq Hospital”ı özü bunu təsdiqləməsinə rəğmən uşağı hələ də küvəzdə saxlayır. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Amma xəstəxana israrla bizə bu zülmü yaşadır. Üstəlik, həkim doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədi ilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir”.
U.Akif şikayətində iddia edib ki, bacısının 8 aylıq hamiləlik dönəmində hospitalda müayinələr zamanı bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməyib: 
“Ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşda uzun müddət əvvəl - daha dəqiq desək, avqustun 3-də hamiləliyin ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlanırmalı və ona mümkün riskləri izah etməli idi. Uzun sözün qısası, hazırda “Məlhəm Beynəlxalq Hospital” bizə sözün hər mənasında əzab yaşadır. Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə vaxt qazanmağa çalışırlar. O günahsız körpə içəridə, biz isə bayırda əziyyət çəkirik”.
Aidiyyatı qurumlardan bu məsələnin tam araşdırılmasını və hüquqi yolla həll edilməsini xahiş edən şikayətçi artıq prokurorluğa ərizə ilə müraciət etdiklərini söyləyib. 
Məsələ ilə əlaqədar “Məlhəm Beynəlxalq Hospital”a sorğu ünvanlanıb. Bildirilib ki, hospitalın rəhbərliyi sözügedən şikayətdən xəbərdardır və bununla bağlı açıqlamaları olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar