Xəbər lenti
Sumqayıtda 13 yataqxana binası sökülür, 1 300 ailəyə yeni evlər veriləcək

Sumqayıt şəhərində uzun illər istismar olunan və qəzalı vəziyyətə düşmüş 13 yataqxana binasının söküntüsünə start verilib.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1950-ci illərdə inşa edilmiş bu binaların sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi rəy əsas olub. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib.
İcra hakimiyyətinin sərəncamına əsasən aparılan söküntü işləri ümumilikdə 7 hektardan artıq sahəni əhatə edir və hazırda ərazidə işlər davam etdirilir.
Əsas diqqət isə burada yaşayan ailələrin taleyinə yönəlib. Ümumilikdə 1 300-ə yaxın ailə köçürülmə prosesi barədə məlumatlandırılıb.
İş icraçısı Vaqif Əmirovun sözlərinə görə, bütün zəruri sənədləşmə işləri yekunlaşdırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcəklər. Tikinti başa çatdıqdan sonra isə ailələr mərhələli şəkildə yeni, təmirli mənzillərlə təmin olunacaqlar və ya hər ailəyə razılıq əsasında kompensasiya veriləcək.
Yataqxana sakinləri illərdir davam edən mənzil problemlərinin yeni binaların inşasından sonra həll olunacağına ümid edirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar