Sizin Reklam Burada
Xəbər lenti
30-09-2025
29-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbli avtobusundan istifadənin qiyməti bəlli oldu - Video

Tarix: 01-10-2025 08:30     Baxış: 320 A- / A+


Oktyabrın 1-dən Bakı şəhərində məktəb avtobusları layihəsi pilot formada fəaliyyətə başlayır.
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhər mərkəzində yerləşən müəyyən dövlət və özəl məktəblər bu layihəyə cəlb olunub.
Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçisi Orxan Abbasov bildirib ki, proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, artıq 1 200-dən çox şagird bu xidmətə qoşulub:
"Artıq 1 200-dən çox şagird istifadəçimiz var. Layihə bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən digər məktəblərdə də istifadəyə veriləcək. Valideynlər mobil tətbiqi yükləyərək uşaqlarını əlavə edə, məktəblərini seçə və xidmətin qiymətləri ilə tanış ola bilərlər. Qiymətlər 100 manatdan başlayır. Qazi və şəhid ailələri üçün xüsusi endirimlər mövcuddur".
Valideynlər yeniliyə münasibət bildirərək, təşəbbüsün həm övladları, həm də özləri üçün daha təhlükəsiz və rahat olacağını vurğulayıblar.
İlkin mərhələdə layihə 8 dövlət və 3 özəl məktəbdə icra olunacaq. Xidmət 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlər üçün əlçatandır. Qiymətlər məsafə, uşaq sayı və gedişin tək və ya ikitərəfli olmasına görə dəyişir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar