Xəbər lenti 
					
 
		Cabir bundan əvvəl də infarkt keçiribmiş
 Cabirin ölüm xəbərini televiziyada eşitdim. Əlim-ayağım qurudu. Çox pis oldum. Özü də idman zalında vəfat edib.
Cabirin ölüm xəbərini televiziyada eşitdim. Əlim-ayağım qurudu. Çox pis oldum. Özü də idman zalında vəfat edib.Manevr.az xəbər verir ki, bunu moderator.az -a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
“İnfarkt keçirib çoxdan, amma o gərək idman etməzdi, ona olmazdı. Mən də bir neçə dəfə infarkt keçirmişəm. Ağır vəziyyətdə idim. Düzələndən sonra yenə də işimə gedib-gəlmişəm. Amma görürəm ki, artıq ürəyimin gücü çatmır. Mən ki uşaqlar üçün verilişləri ürəklə oxuyurdum, studiyadan çıxandan sonra hiss edirdim ki, qüvvəm gedir. Hiss edirdim ki, ayağım arxamca gəlmir. Köhnə diktorlardan bir mən fəaliyyətdə idim. Mən də daha işləməyəcəm”, - deyə diktor bildirib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















