Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Aralıq orucu tutanlara vacib xəbərdarlıq

Tarix: 29-09-2025 23:07     Baxış: 3120 A- / A+
Aralıq orucu tutanlara vacib xəbərdarlıqSon illərdə aralıq orucu həm sağlamlıq, həm də arıqlama məqsədilə geniş yayılıb. Lakin mütəxəssislər xəbırdarlıq edirlər ki, bu pəhriz rejimini hər kəs eyni şəkildə tətbiq etməməlidir.

Həkimlərin sözlərinə görə, aralıq orucu zamanı bədənin uzun müddət ac qalması maddələr mübadiləsini sürətləndirsə də, bəzi insanlarda başgicəllənmə, zəiflik və mədə problemlərinə səbəb ola bilər. Xüsusilə şəkərli diabet, qan təzyiqi və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə bu pəhrizi həkim nəzarəti olmadan tətbiq etmək qətiyyən tövsiyə edilmir.

Mütəxəssislər bildirirlər ki, oruc tutulan saatlardan sonra qəbul edilən qidaların keyfiyyəti çox önəmlidir. Pəhrizdə protein, lif və vitaminlərlə zəngin qidaların yer alması, su qəbulunun artırılması vacibdir. Fast-food və şirniyyat kimi ağır qidaların birdən-birə çox miqdarda yeyilməsi sağlamlığa ciddi zərər vura bilər.

Qeyd edək ki, aralıq orucu ən çox 16:8 sistemi (16 saat ac qalmaq, 8 saat ərzində yemək) ilə tanınır və hazırda dünyanın bir çox ölkəsində ən populyar qidalanma üsullarından biridir. baku.ws

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar