Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayır

Tarix: 29-09-2025 19:48     Baxış: 365 A- / A+
Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayırOktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi başlayır.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, gələn aydan bununla bağlı pilot layihə icra ediləcək:
“Hazırda özəl sektorla bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə, bizim üçün də bu maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu, valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir”.
E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar