Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Toylara qadağa gəlir?

Tarix: 27-09-2025 22:42     Baxış: 3163 A- / A+
“Əslində bu məhdiyyətlərdən daha önəmli olan, sadə alternativlərin yaradılmasıdır. Bizdə sadə alternativlər yoxdur. Elə şadlıq evləri var ki, keyfiyyətsiz xidmət müqabilində, daha çox imkansız insanların burada tədbir keçirməsini təklif edə bilirlər. Bu da o qədər effektiv hal sayılmır. Çünki xidmət bütün hallarda keyfiyyətli olmalıdır”. 

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa “Musavat TV”yə açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, insanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz:

“Digər məsələlərdə də insanların müəyyən dərəcədə maariflənməsinə ehtiyac var. Bunun üçün də xüsusən öndə gedən insanlar, vəzifəli şəxslər bu məsələdə daha çox addımlar atmalıdır ki, cəmiyyətə müəyyən nümunə olsun. Amma yenə də sadə, alternativ imkanlar olmalıdır. Məsələn, imkanı olmayan ailələrin toy və başqa məclisləri təşkil etməsi forması hər halda seçim imkanları olmalıdır. Daha zəngin və imkanlı insanlar onsuz da seçimlərini edib bunu gerçəkləşdirəcəklər. Bu, biraz da həssas məsələdir. İnsanların həyat tərzinə və başqa məsələlərə qarışmaq olmaz. Amma təm-təraq, israfçılıqla bağlı müəyyən tənzimləmələr ola bilər. Amma bütövlükdə bunu bir çərçivəyə salmaq, say göstərmək, məhdiyyət qoymağın da sıxıntıları ortaya çıxa bilər. Bu da müəyyən korrupsiya hallarına yol açar. Bu baxımdan, məncə məsələyə biraz daha şərtlərimizə uyğun baxılması daha yerində olardı. Hər halda, məncə israfçılıq həddən artıq böyükdür. İzafi xərclər yeni ailə həyatının qurulmasında sıxıntılar yaradır. Biz bunu düşünməliyik. Buna konkret, standart ölçülər qoymadan belə, cəmiyyətdə bəlli bir nəzarət mexanizmini gücləndirərək, bu sahədə olan müəyyən boşluqları, israfçılıq elementlərini aradan qaldırmaq mümkündür”. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar