Xəbər lenti 
					
 
		Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Şəkillər
 Bu gün - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev orada müharibənin dəhşətli anlarına şahid balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Bu gün - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev orada müharibənin dəhşətli anlarına şahid balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.Bu görüş hər kəsin marağına səbəb olub.
Bu gün ucaldılan Gəncə Memorial Kompleksi yalnız daşdan yonulmuş bir abidə deyil - o, xalqımızın yaddaşı, şəhidlərin əbədi xatirəsi, məsum körpələrin susqun fəryadıdır. Prezident İlham Əliyevin balaca Nilayla görüşü isə həm də bir mesajdır: Azərbaycan xalqı müharibənin qurbanlarını heç vaxt unutmayacaq!
Qeyd edək ki, Nilay Əliyeva müharibənin dəhşətlərini 2020-ci il oktyabrın 11-də yaşayıb. Belə ki, o, Vətən müharibəsi ərəfəsində erməni silahlı birləşmələrinin Gəncədə mülki obyektlərə endirdiyi raket və ağır artilleriya atəşi zamanı hər iki valideynini itirib. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Nilay Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində valideynlərini itirən dörd uşaqdan biridir. O zaman onun heç iki yaşı yox idi. Körpə yaşında valideynsiz qalan Nilayın nənəsi də həmin dəhşətli terrorun qurbanına çevrilmişdi.
Xatırladaq ki, Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri Gəncəni dəfələrlə raket və ağır artilleriya atəşinə tutublar. Dinc şəhərə yağdırılan bu zərbələr nəticəsində 26 günahsız insan həlak olub, 170-dən çox mülki şəxs yaralanıb. Onların arasında körpələr, uşaqlar, qadınlar da var idi.
Manevr.az


 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















