Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Şəkillər

Tarix: 27-09-2025 21:59     Baxış: 335 A- / A+
Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Kimdir o?Bu gün - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev orada müharibənin dəhşətli anlarına şahid balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Bu görüş hər kəsin marağına səbəb olub.

Bu gün ucaldılan Gəncə Memorial Kompleksi yalnız daşdan yonulmuş bir abidə deyil - o, xalqımızın yaddaşı, şəhidlərin əbədi xatirəsi, məsum körpələrin susqun fəryadıdır. Prezident İlham Əliyevin balaca Nilayla görüşü isə həm də bir mesajdır: Azərbaycan xalqı müharibənin qurbanlarını heç vaxt unutmayacaq!

Qeyd edək ki, Nilay Əliyeva müharibənin dəhşətlərini 2020-ci il oktyabrın 11-də yaşayıb. Belə ki, o, Vətən müharibəsi ərəfəsində erməni silahlı birləşmələrinin Gəncədə mülki obyektlərə endirdiyi raket və ağır artilleriya atəşi zamanı hər iki valideynini itirib. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Nilay Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində valideynlərini itirən dörd uşaqdan biridir. O zaman onun heç iki yaşı yox idi. Körpə yaşında valideynsiz qalan Nilayın nənəsi də həmin dəhşətli terrorun qurbanına çevrilmişdi.

Xatırladaq ki, Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri Gəncəni dəfələrlə raket və ağır artilleriya atəşinə tutublar. Dinc şəhərə yağdırılan bu zərbələr nəticəsində 26 günahsız insan həlak olub, 170-dən çox mülki şəxs yaralanıb. Onların arasında körpələr, uşaqlar, qadınlar da var idi.

Manevr.az 

Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Kimdir o?Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Kimdir o?Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz - Kimdir o?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar