Azərbaycanın xaricdən idxal etdiyi məhsullar arasında mavi pendir də yer alıb.
Manevr.az xəbər verir ki, cari ilin ilk 8 ayında ölkəyə ümumilikdə 8,97 ton mavi pendir gətirilib. İdxal olunan məhsulun ümumi dəyəri 94,41 min ABŞ dolları təşkil edib.
Ən çox mavi pendir Danimarkadan idxal olunub. Belə ki, bu ölkədən 8,63 ton məhsul gətirilib və 90,53 min dollar vəsait ödənilib. Hər kiloqramın dəyəri 10,49 dollar və ya 17,83 manat olub.
Rusiyadan idxal edilən 0,02 ton mavi pendirin dəyəri 0,2 min dollar təşkil edib. Bu ölkədən gətirilən məhsulun 1 kiloqram qiyməti 10 dollar və ya 17 manat olub.
Almaniyadan isə 0,05 ton məhsul idxal olunub və bunun üçün 0,88 min dollar ödənilib. Burada bir kiloqramın qiyməti 17,6 dollar və ya 29,92 manat olaraq qeydə alınıb.
Belçikadan gətirilən 0,01 ton məhsul üçün 0,09 min dollar vəsait sərf olunub. Bu ölkədən idxal olunan 1 kiloqram mavi pendirin qiyməti 9 dollar 15,3 manat olub. İtaliyadan isə 0,21 ton məhsul idxal olunub və 1,98 min dollar ödənilib. Hər kiloqramın qiyməti 9,42 dollar və ya 16,02 manat təşkil edib.
Statistikada Fransadan gətirilən mavi pendirin miqdarı göstərilməsə də, idxal dəyəri 0,06 min dollar olub. Digər ölkələrdən idxal edilən 0,05 ton məhsul üçün isə 0,67 min dollar ödənilib. Burada hər kiloqramın qiyməti 13,4 dollar və ya 22,78 manat səviyyəsində olub.
Beləliklə, idxalda ən böyük həcm Danimarkanın, ən yüksək qiymət isə Almaniyadan gətirilən məhsulların payına düşüb.(Valyuta.az)
Xəbər lenti
Azərbaycana mavi pendir satan ölkələr - Qiymətlər

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar