Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana mavi pendir satan ölkələr - Qiymətlər

Tarix: 27-09-2025 17:04     Baxış: 378 A- / A+

Azərbaycanın xaricdən idxal etdiyi məhsullar arasında mavi pendir də yer alıb.
Manevr.az xəbər verir ki, cari ilin ilk 8 ayında ölkəyə ümumilikdə 8,97 ton mavi pendir gətirilib. İdxal olunan məhsulun ümumi dəyəri 94,41 min ABŞ dolları təşkil edib.
Ən çox mavi pendir Danimarkadan idxal olunub. Belə ki, bu ölkədən 8,63 ton məhsul gətirilib və 90,53 min dollar vəsait ödənilib. Hər kiloqramın dəyəri 10,49 dollar və ya 17,83 manat olub.
Rusiyadan idxal edilən 0,02 ton mavi pendirin dəyəri 0,2 min dollar təşkil edib. Bu ölkədən gətirilən məhsulun 1 kiloqram qiyməti 10 dollar və ya 17 manat olub.
Almaniyadan isə 0,05 ton məhsul idxal olunub və bunun üçün 0,88 min dollar ödənilib. Burada bir kiloqramın qiyməti 17,6 dollar və ya 29,92 manat olaraq qeydə alınıb.
Belçikadan gətirilən 0,01 ton məhsul üçün 0,09 min dollar vəsait sərf olunub. Bu ölkədən idxal olunan 1 kiloqram mavi pendirin qiyməti 9 dollar 15,3 manat olub. İtaliyadan isə 0,21 ton məhsul idxal olunub və 1,98 min dollar ödənilib. Hər kiloqramın qiyməti 9,42 dollar və ya 16,02 manat təşkil edib.
Statistikada Fransadan gətirilən mavi pendirin miqdarı göstərilməsə də, idxal dəyəri 0,06 min dollar olub. Digər ölkələrdən idxal edilən 0,05 ton məhsul üçün isə 0,67 min dollar ödənilib. Burada hər kiloqramın qiyməti 13,4 dollar və ya 22,78 manat səviyyəsində olub.
Beləliklə, idxalda ən böyük həcm Danimarkanın, ən yüksək qiymət isə Almaniyadan gətirilən məhsulların payına düşüb.(Valyuta.az)

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar