Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya kapitalı formalaşdırır. Bu şəxslər qocalanda isə dövlətdən pensiya alır. Bəzən isə insanlar təqaüd yaşına çatmadan ölürlər. Belə olan halda isə yığılan pulun aqibəti insanlara maraqlıdır.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Əziz Ələkbərli təklif irəli sürərək bildirib ki, bəzən ailə başçısı vəfat edəndə ailə acınacaqlı durumda olur. Bu zaman həmin kapitalın heç olmasa 30 faizini ailəyə vermək ola bilər.
Qeyd edək ki, ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.
Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.
 Xəbər lenti 
					
 
		Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər - AÇIQLAMA

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















