Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir? - FOTO

Tarix: 26-09-2025 13:12     Baxış: 423 A- / A+



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingilis dili tərcüməçisi olaraq fəaliyyət göstərən Fatimə Gülham Abushanab hazırda diqqət mərkəzindədir. Abushanab xüsusilə NATO, G20 və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası kimi mühim tədbirlərdə Ərdoğana tərcüməçilik edir.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, Fatimə Gülham Abushanabın anası keçmiş deputat Merve Kavakçı, atası isə akademik Əli Əhməd Abushanabdır.

O, ABŞ-da "George Mason" universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, "Georgetown" universitetinin "Liberal Studies" proqramında isə magistr təhsili alıb. Təhsil illərində "Becket Fund for Religious Liberty və Woodrow Wilson Center" kimi nüfuzlu tədqiqat institutlarında araşdırma köməkçisi kimi çalışıb.
2018-ci ildə Türkiyəyə dönərək Prezident Administrasiyasında beynəlxalq əlaqələr üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb. Fatimə Gülham Abushanab Ərdoğanın xarici səfərlərində həm diplomatik analiz və koordinasiya işlərini idarə edir, həm də ingilis dili tərcüməçisi kimi fəaliyyət göstərir.
O, ingilis və ərəb dillərini yüksək səviyyədə bilir və bu bacarığı onu beynəlxalq diplomatik görüşlərdə önə çıxarır.

Qeyd edək ki, Abushanab xüsusilə 2020-ci illərdə Ərdoğanın xarici səfərlərində kameraların qarşısına çıxaraq ictimaiyyət tərəfindən tanınmağa başlayıb. Onun qatıldığı başlıca beynəlxalq təşkilatlar arasında NATO zirvəsi, G20 sammiti və BMT Baş Assambleyası yer alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar