Sizin Reklam Burada
Xəbər lenti
31-10-2025
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

Liposaksiyadan sonra bədəni çürüyür, ana olmaqdan məhrum olub - TƏFƏRRÜAT

Tarix: 26-09-2025 12:16     Baxış: 371 A- / A+
Liposaksiyadan sonra bədəni çürüyür, ana olmaqdan məhrum olub - TƏFƏRRÜAT
Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir. "Xəzər Xəbər"ə müraciət edən şikayətçi deyir ki, əməliyyatı "Uğur-777" estetik klinikasında həkim Firuzə Əliyeva icra edib. 

Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından bu dəfə o "Uğur-777"estetik klinikasınınn rəhbəri Xəyal İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasını tövsiyə edib. Bu dəfə isə əməliyyat daha da ağır fəsadla nəticələnib.

Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan Cəlalə Rüstəmova hazırda çarəsiz vəziyyətdə olduğunu deyir. Nə ödənişi geri qaytarılır, nə də dərdinə çarə tapılır. Onu əməliyyat edən həkimin i sə paytaxtın digər özəl klinikalarında fəaliyyəti davam etdiyini iddia edir.

İddialarla bağlı "Uğur777" estetik klinikasının həkimi Firuzə Əliyeva ilə telefon əlaqəsi saxladıq. Maraqlıdır ki, o əməliyyatı başqa həkimin etdiyini bildirdi.

Gülbadə Abdullayeva ilə də əlaqə saxladıq. O, Firuzə Əliyevanın səsləndirdiyi fikirlərin yanlış olduğunu və kamera görüntülərinin Baş Prokurorluğa təqdim olunduğunu qeyd edib.

"Uğur -777"estetik klinikasının rəhbəri Xəyalə İsmayılova isə "Xəzər xəbər"ə bildirdi ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Baş Prokukorluqdan isə bildirildi ki, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar