Xəbər lenti
Astroloji proqnoz - 13 iyul
Qoç - Səbirsiz, qıcıqlı olmayın. Mühüm qərarlar qəbul edəndə yaxın ətrafınızdakı insanların fikr və mövqelərini qulaqardına vurmayın. Rəqiblərin sayını artırmayın. Problemləri həll etməyə çalışarkən maliyyə çətinlikləri yaratmayın. Maddi imkanlarınızdan artıq pul xərcləməyin.
Nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zaman deyil. Onların dəstəyinə bel bağlayaraq yanlışlıqları sıralamayın. Belədə yeni plan və ya layihələri təxirə salmalı olacaqsınız.
Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər.
Buğa - Yaşamınızda köklü dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Kiçik yeniliklərə start verərək sonradan böyük işi sürətləndirmək olar. Narahat olmayın, məqsədə çatacaqsınız. Gərəksiz məsləhətlərin sizi çaşdırmaması üçün planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin.
Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Bədxərclik etməyin. Yalnız ehtiyac duyduğunuz əşyaları alın. Köhnə borcların qaytarılması, dəyərli hədiyyə alınması istisna deyil. Çoxdan bəri görmədiyiniz insanla görüşəcəksiniz.
Əkizlər - Yeni işgüzar tərəfdaşlar aramaq və fərqli əməkdaşlığa başlamaq olar. Çalışacağınız insanları dürüst qiymətləndirin. İndiyədək rəğbət bəsləmədiyiniz insandan söhbət getsə belə, obyektiv olun. Emosiyalara qapılmayın, aqressiv davranmayın.
Ünsiyyətdə faydalı məlumat ala bilərsiniz.
Maliyyə problemlərini çözmək, gəlir əldə etmək şansları var. Ailədə uzun müddətdən bəri davam edən ixtilafı həll edin. Yaxınlarınızı narahat edən suallara cavab arayın.
Xərçəng - Yeni işə başlamaq üçün pis gün deyil. Fəqət təkbaşına çalışmayın, çətinliklərə müstəqil şəkildə sinə gərərək uğur qazanacağınızı düşünməyin. Dəstək, yardım, yaxşı məsləhətlərə ehtiyacınız var. Xərcləri azaldın. Pul sərf etmək üçün münasib gün deyil.
Adi günlərdən fərqli olaraq qohumlar işlərinizə daha çox qarışırlar.
Qəfil görüş ola bilər. Münasibətləri sizə sevinc bəxş etmiş insanın həyatınıza qayıtması istisna deyil. Romantik münasibətlərdə nizam yaratmaq olar. Bir qədər təşəbbüskar olun.
Şir - Ünsiyyət, yeni təmaslar üçün pis gün deyil. Diqqət mərkəzində olacaqsınız. Sizinlə əlaqələr yaratmaq, birgə çalışmaq istəyən imsanlar var. Yeni formalaşmağa başlamış münasibətlərdən biri yaşamınızda önəmli rol oynaya bilər.
Bütün diqqəti işlərə yönəldin. Usandırıcı məşğuliyyətə belə, yaradıcı yanaşmaq olar. Düşünülməmiş addımlar atmayın. Alış-verişdə bədxərclik etməyin.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar adın. Ən kiçik problem sizi ruhdan salmasın.
Qız - Hər şey o qədər də pis deyil. Hadisələrin inkişafı məcrasını bəyənməsəniz də, situasiyanı nəzarət almağa çalışın. Tələsməyin. Necə davranmağı intuisiyanız sizə göstərəcək. İşgüzar danışıqlar, müzakirələr üçün pis gün deyil. Amma yekun qərar verməyə tələsməyin. Konkret qərar üçün gərəkli həcmdə və sayda informasiya yoxdur.
Yaxınlarınızla münasibətlərdə sərinləşmələr ola bilər. Sizi yanlış anlayırlar. Yaxın ətrafınızdakı insanlar iradlarınızı təhqiramiz, aqressiv, acı sayırlar. Yeni tanışlıqlar məsləhət deyil. Dəyərsiz insanla münasibətlər qurmayın.
Tərəzi - Peşəkar fəaliyyət sahəsində ciddi uğurlar əldə edə bilərsiniz. Yeni imkanlar yaranır. Şansdan yararlanın, problemləri sürətlə həll etməyə çalışın.
Sizə sürəkli olaraq maneələr yaratmağa can atanlar var. Bu səbəbdən kiçik, amma xoşagəlməz səhvlərə yol verəcəksiniz.
Emosional fon münasib deyil. Hisslərinizə hakim olun, səhv qərarlar verməyin. Yaxın qohumlarla münasibətləri korlamayın. Sevdiyiniz adamı həddən ziyadə qısqanmayın.
Əqrəb - Çətin, ağır gündür. Dürüst davranış istiqamətini asanlıqla seçmək mümkün deyil. Çoxsaylı səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərini gərməyin. O insanların sizdən narazı qaldığınızı anlayır, amma bu narazılığın səbəblərini daşa düşmürsünüz.
Yaşananların səbəblərini dərk etməyə can atın. Problemlərin olmadığını söyləməyin.
Yeni layihələrin reallaşdırılması, iş yerini dəyişmək üçün əlverişli zaman deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin. Yaxınlarınızla kəskin mübahisələrin fəsadları pis ola bilər.
Oxatan - Məhsuldar və yaxşı gündür. Önəmli məsələnin həllinə başlaya bilərsiniz. Çoxdan bəri can atdığınız məqsədə doğru konkret addımlar atın, realist olun. Çətinliklərdən qorxmayın. Sədləri dəf etməklə baş sındırdığınız məsələnin çözümünü tapacaqsınız. Yeni biznes-ideyanın gerçəkləşdirilməsi gəlirlərinizi artıra bilər.
Ənənələri dəyişmək, yazılmamış qanunlara riayət etməmək istəyirsiniz. Təxəyyülü işə salın. İmiclə eksperimentlər aparın. Rasiona ekzotik təamlar əlavə etmək olar.
Oğlaq - İşlərdə həddən ziyadə ehtiyatlı olun. Səhv və yanlış qərar riski artır. Yaxşı tanımadığınız insanlara inanmayın. Etimadınızdan sui-istifadə etmək istəyənlər var. Həllini ertələdiyiniz, unutmaq istədiyiniz problem yenidən gündəmə gəlir. İndi bütün diqqəti həmin problemlərin həllinə yönəldin.
Yaxın ətrafınızdakı insanların bəziləri ilə dil tapmaq çətindir. Onlar hisslərini pərdələməyə lüzum görmürlər. Amma nə etməli ki, bu gün həmin insanlarla təmas məcburiyyətindəsiniz.
Ailə üzvləri ilə təmaslarda qayğıkeş, diqqətli, səmimi olun.
Dolça - Günün ilk yarısı çətin zamandır. Ətrafınızdakı insanlar sanki səbrinizi yoxlamaq üçün sözləşiblər. Yaşlı qohumlarla münasibətlərdə diqqətli olun. Adi günlərdən fərqli olaraq onlar işlərinizə daha çox qarışırlar.
Ünsiyyətdə pozitiv emosiyalar əxz etməyə can atın.
Səfər və ya səyahətə çıxmaq olar. Özünüzü qoruyun. Uzun yol sizi yora bilər. Rasiona diqqət verin. Qida zəhərlənməsi riski var.
Balıqlar - Sürprizlərə hazır olun. Yaşamınızda dəyişikliklər zərurəti yaradacaq xəbər almağınız istisna deyil. Yeni imkanlardan faydalanmağın yollarını tapın. Fikirləriniz və sözləriniz bəzilərinə paradoksal təsir bağışlasa da, dediklərinizdə yanlışlıq yoxdur. Səhvlərə yol verməyin. Önəmli məqamlar diqqətinizdən yayınmasın.
Günün ikinci yarısı romantik münasibətlər üçün münasibdir. Qətiyyətli olun. Axşam saatlarında gəzintiyə çıxın. Bu minvalla yuxusuzluğun qarşısını ala bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar