Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

"WhatsApp"dan pulsuz YENİLİK

Tarix: 24-09-2025 18:17     Baxış: 331 A- / A+
"WhatsApp"dan pulsuz YENİLİK
"WhatsApp" messenceri istifadəçilərin seçdiyi dilə daxili mesaj tərcüməsini mərhələli şəkildə tətbiq etməyə başladığını açıqlayıb.
Manevr.az "The Verge"ə istinadən xəbər verir ki, bu funksiya iPhone və Android sahibləri üçün tamamilə pulsuz olacaq.
Tərcümə funksiyasını aktivləşdirmək üçün istifadəçi mesajın üzərinə uzun basmalı, sonra isə “Tərcümə et” düyməsini seçməlidir. Bundan sonra tərcümə olunacaq dili seçmək mümkündür. Funksiya şəxsi yazışmalarda, qruplarda və kanallarda işləyir. Android istifadəçiləri bütöv söhbət zəncirləri üçün avtomatik tərcüməni aktiv edə bilərlər ki, bu da daxil olan bütün mesajlara tətbiq ediləcək.
Android istifadəçilərinə ilkin mərhələdə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dillərindən tərcümə imkanı veriləcək. iPhone istifadəçiləri isə mesajları 19-dan çox dilə tərcümə edə biləcəklər. "WhatsApp" gələcəkdə digər dillərə dəstəyi genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, yeni funksiya real vaxt rejimində tərcümə deyil. Yəni mesaj yazılan anda avtomatik olaraq qarşı tərəfə tərcümə olunmuş şəkildə getmir. Sən əvvəlcə mesajı alırsan, sonra üzərinə basaraq tərcümə et düyməsini seçirsən və yalnız o zaman tərcümə göstərilir.

“Real vaxt rejimi” olsaydı, yazılan mətn anında sənin seçdiyin dildə görünəcəkdi – heç bir əlavə düyməyə basmadan.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar