Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Rüşvət alan sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR

Tarix: 23-09-2025 10:18     Baxış: 385 A- / A+
Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Dogruxeber.com” saytının rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Manevr.az xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Qeyd: Ötən il sayt rəhbəri İlham Həsənov və onun oğlu, Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
 
Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
 
Onlara Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddərəli ilə ittiham irəli sürülüb.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Həsənova 10 il, Renar Həsənova isə 1000 manat pul cəzası təyin edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.pravda.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar