Xəbər lenti 
					
 
		“Təbəssüm Yarat” Xızıda -FOTOLAR
 “Təbəssüm Yarat” komandası ucqar dağ kəndlərində yaşayan imkansız
“Təbəssüm Yarat” komandası ucqar dağ kəndlərində yaşayan imkansızailələrin övladların isti geyim, ayaqqabı, məktəbli çantası və digər məktəb
ləvazimatları aparmaq üçün yola çıxdı yenə.
Təmənnasız və umacaqsız yardımsevərliklə məşğul olan 30 nəfərlik könüllü komanda qorxulu, vahiməli
dağ keçidlərini aşaraq məktəblilərin dadına çatmağa çalışıblar. Toplanan ianələr
hesabına alınan ləvazimatlar və geyimlər ehtiyacı olanların hər birinə paylayıb
onları sevindiriblər. Komandanın göstərdiyi dəstək məktəbəqədərdən tutmuş ta
ki, 11-ci sinfə qədər bütün şagirdlər arasında bölünüb. Məqsəd – onların
gələcəyinə işıq tutmaq, savadlı mütəxəssis, müəllim, həkim kimi böyümələrinə
dəstək olmaqdır. Ən əsası isə uşaqların üzündə təbəssüm yaratmaqdır.
“Təbəssüm Yarat” indiyədək 22 rayonun 56 kəndinə baş çəkərək, 13
min məktəbliyə sevinc bəxş edib. Komandanın rəhbəri İbrahim Əmirov deyir:
“8-ci sinfə qədər oxudum, amma maddi imkansızlıq ucbatından təhsilimi
yarımçıq qoydum. Həyatın çətinlikləri də o gündən başladı. Kiçik yaşlarımdan
işlədim, amma bu məni zəiflətmədi, əksinə gücləndirdi. Özümə söz verdim ki,
insanlara faydalı olacağam. Yardımsevər bir komanda yaradacaq, onların
sayəsində ehtiyaclı uşaqları sevindirəcək, təhsil almaları üçün var gücümlə
çalışacağam. Və inandım ki, onların təhsilinə az da olsa bizim də işığımız
düşəcək. Artıq 8 ildir ki, bu yol davam edir və davam edəcək də. Çünki yol çox
uzundur”.
13 sentyabrda komanda Xızının Tıxlı kənd orta məktəbinə səfər edib. 55
uşaq üçün ayaqqabı, əlcək, papaq, eləcə də dəftər, qələm, albom, termus, rəngli
kağız və digər ləvazimatlarla dolu olan çanta hədiyyə edilib.
Komandanın şüarı sadə, amma mənalıdır: “Bir uşaq gülərsə, dünyamız
gülər”.
Hər səfərdə könüllülər uşaqlarla söhbət edir, onların arzularını dinləyir və
təhsilin nə qədər önəmli olduğunu onlara izah etməyə çaslışırlar. İbrahim bəy
deyir: “Uşaqların gözlərində sevinci görəndə, onların bizə şeir söylədiyini,
himni oxuyarkən əllərini ürəklərinə qoyduğunu izləyəndə anlayıram ki,
amalıma çatmışam”.
Xızı səfəri həm yadda qalan, həm də unudulmaz olub. Müəllimlər və
valideynlər komandaya gülərüzlə qonaqpərvərlik göstəriblər, onlar üçün çay
süfrəsi hazırlayıb, hətta “Təbəssüm Yarat, xoş gəlmisiniz” adlı tort da bişiriblər.
Səfər Xızı televiziyası tərəfindən də işıqlandırılıb. Uşaqlar könüllülərə
“müəllim” deyə müraciət ediblər. Bu xitab könüllüləri elə sevindirib ki, bəziləri
doğrudan da müəllim olmaq istədiyini dilə gətirib. Hətta uşaqların arzularını
yazmaları üçün xüsusi dəftər aparılıb. Balacalar öz xətləri ilə istəklərini yazaraq,
komandaya həm bu gün, həm də gələcək üçün xatirə bəxş ediblər. Yolların
uzunluğu, qarşıya çıxan çətinliklər könüllüləri yormayıb. Çünki – sevgi yormaz,
yorsa da, yenə sevgi yorğunluğu aparar.
İlahə Həbib







	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















