Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Astarada leysan nəticəsində torpaq sürüşməsi olub

Tarix: 22-09-2025 16:57     Baxış: 3108 A- / A+

Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.
 
Manevr.az
xəbər verir ki, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb.
 
Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.
 
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aiddir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.
 
Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.apa



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar