Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu avtomobillər üçün Bakıya giriş pullu olacaq - RƏSMİ

Tarix: 22-09-2025 15:37     Baxış: 427 A- / A+



Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.
Manevr.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.
"Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək", - A.Rzayev bildirib.
Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.
O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır:
"Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar