Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU: Bakıda DƏLƏDUZLUQ

Tarix: 19-09-2025 12:57     Baxış: 359 A- / A+


Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU:  Bakıda DƏLƏDUZLUQ
Bakıda işlədiyi məktəbi dəyişmək istəyən müəllimin həyat yoldaşına qarşı dələduzluq edilib.
Manevr.az xəbər verir ki, vətəndaş H. Məmmədov müəllim işləyən həyat yoldaşı A. Məmmədovanın məktəbini dəyişmək istəyib. Bunun üçün o, qohumları vasitəsilə Şahnəzər Səmədovu (soyad şərtidir) tapıb.
İttiham aktında göstərilir ki, A. Məmmədova Qaradağ rayonu Qobustan qəsəbəsindəki 195 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Həyat yoldaşı H. Məmmədov isə Sabunçu rayonu Ramana qəsəbəsindəki musiqi məktəbində çalışıb. A. Məmmədovanın iş yeri yaşadıqları evə çox uzaq olduğu üçün yerdəyişmə etmək istəyiblər.

Əslində rayonların birində toylarda masabəyi (tamada) kimi fəaliyyət göstərən Şahnəzər bu işdə onlara kömək edəcəyini bildirib və bunun üçün H. Məmmədovdan 4 min manat alıb. Lakin təbii ki, verdiyi sözü yerinə yetirməyib.
Zərərçəkənin şikayəti əsasında hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Faktla bağlı Şahnəzər Səmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanılıb.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, cinayət hadisəsi 2023-cü ilin iyul ayında törədilib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz. Başlanarsa da, xitam verilməlidir.
Böyük ictimai təhlükə törətməyən bu hadisədən 2 il vaxt keçdiyi üçün Səbail rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baş tutan iclasda cinayət işinə xitam verilib və Şahnəzər Səmədov məsuliyyətdən azad edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar